SEM xidməti
SEM xidmətimizdən yararlanaraq tez bir zamanda axtarış sistemlərində birinci səhifəyə çıxa bilərsiniz. SEM (Axtarış sistemi marketinqi) Google kimi axtarış səhifələrində ( SERP) görünən ödənişli reklamlardır. SEM mütəxəssisləri müəyyən məhsulun və ya xidmətin reklamını verərkən Google, Bing kimi axtarış sistemlərində istifadəçilərin daxil edə biləcəyi açar sözlər üzrə təkliflər verirlər ki, bu da brendinizin reklamlarının həmin axtarış sorğularının nəticələri ilə yanaşı görünməsinə imkan verir.
SEM xidməti elə reklam növüdür ki, o, həmin məhsulu almaq istəyən istifadəçilərin qarşısına çıxır. Bu da onu dəyərli marketinq vasitəsi edir. SEM reklamları açar söz analizinə əsaslanır. SEM mütəxəssisi istifadəçiləri veb səhifəyə cəlb edə biləcək açar söz terminlərini müəyyən edir. SEO kimi, burada da auditoriyaların axtardığı açar söz birləşmələrini müəyyən etmək üçün açar söz tədqiqatı, təhlili edirlər. SEM xidmətimiz sayəsində markanız SERP-in yuxarı hissəsində yer alır.
SEM xidməti bunları vəd edir:
- İnsanlara doğru yerdə və doğru zamanda çatır
- Hədəflədiyiniz satış rəqəmlərinə çata bilərsiniz
- Sürətli gəlir artımını təmin edir
- Ənənəvi reklamdan çox daha sərfəli olur
- Optimallaşdırılmış reklamlar vasitəsilə düzgün auditoriya hədəflənir
- Veb-sayta artan trafik verir
- Nəticə özünü tez göstərir
Səhv SEM xidməti Google kimi böyük axtarış sistemlərində böyük pullar itirmək deməkdir. Biz doğru hədəf kütlə strategiyası və düzgün reklam büdcəsi planlamasına üstünlük veririk. Çünki Google-də qoyduğun 1 dollarlıq reklam sənə 2 dollar xeyir gətirməlidir. İşimizi məhz bu deviz üzərində qurmuşuq və müştərilərimizə də bu istiqamətdə xidmət göstəririk.