E-commerce saytlar

E-commerce saytlar

E-commerce saytlar

ERAsoft.az-da biz təkcə məhsullarınızı nümayiş etdirməyən, həm də müştəriləriniz üçün qüsursuz və cəlbedici alış-veriş təcrübəsi təqdim edən E-ticarət Vebsaytları hazırlayırıq. E-ticarət saytlarımız məhsulların nümayişi nəzərə alınmaqla hazırlanmışdır. Platformalarımız müştərilərin müsbət və səmərəli alış təcrübəsinə malik olmasını təmin edərək asan məhsul axtarışları və istifadəçi dostu alış-veriş təcrübəsi təqdim edir. E-ticarət vebsaytlarımız real vaxt rejimində məhsulun mövcudluğunu yeniləməyi asanlaşdıran güclü idarəetmə xüsusiyyətləri ilə təmin edilir.

Platformalarımız sizə promosyonlar, endirimlər və xüsusi təkliflər həyata keçirməyə imkan verməklə rəqabətli onlayn bazarda müştəriləri cəlb etməyə və saxlamağa kömək edir. Bizim istifadəçi dostu interfeyslərimiz, təhlükəsiz ödənişlərimiz, vizual olaraq heyrətamiz dizaynlarımız rəqəmsal dünyada möhtəşəm satışlara yol açır. 

İndi isə e-ticarət saytlarının hazırlıq mərhələləri ilə tanış olaq:

Planlama və Analiz: E-ticarət saytınızı hazırlamadan əvvəl məqsəd və hədəflərinizi təyin edin. Müştərilərinizin kim olduğunu və istəklərini anlamaq üçün bazar araşdırması aparın. Bu mərhələdə e-commerce platforması seçimi, məhsulların kateqoriyalaşdırılması, ödəniş və çatdırılma kimi vacib addımları müzakirə edin.

Dizayn və istifadəçi təcrübəsi (UX): E-ticarət saytınızın dizaynı, rahatlığı və istifadəçi təcrübəsi baxımından müştərilərinizin gözləntilərinə cavab verməlidir. Dizaynda minimalist, anlaşıqlı interfeys yaradın.

Domen adı seçimi: Elə domen adı seçin ki, markanızı doğru şəkildə təmsil etsin. Unutmayın ki, domen adınız müştərilərinizin saytınızı tapması üçün ilkin vasitədir.

Hostinq xidməti: Saytınızın internetdə yerləşəcəyi təhlükəsiz və sürətli hostinq serveri seçin.

Platforma seçimi: E-ticarət saytınızı yaratmaq üçün müxtəlif platformalar mövcuddur. Populyar platformalar Shopify, WooCommerce, MagentoBigCommerce sayıla bilər. Biz də öz saytlarımızı ERACommerce platformasında yerləşdiririk. Seçdiyiniz platformanın sizin məhsul və xidmətlərinizin növünə, hədəf kütlənizə uyğun olmasına diqqət edin.

Təhlükəsizlik: Müştərilərinizin məlumatlarının təhlükəsizliyini təmin etmək üçün SSL şifrələməsini tətbiq edin.

Məhsul və xidmət kateqoriyaları: Saytınızdakı məhsul və xidmətlərinizi uyğun kateqoriyalara bölmək üçün struktura qurun. Müştərilərinizə rahat axtarış və filtrləmə imkanı təmin edin, istifadəçinin rahat hərəkət etməsi üçün interfeysə diqqət edin. Səhifənin yüklənmə sürəti, məhsul axtarışı və alış-veriş səbətinin asanlığı kimi faktorlara fokuslanın.

Ödəniş və Çatdırılma: E-ticarət saytınızda düzgün ödəniş sistemi və çatdırılma prosesi təşkil etməlisiniz. Təhlükəsiz ödəniş seçimləri, müxtəlif ödəniş kanalları və çatdırılma seçimləri təklif edin.

Müştərilərə Dəstək: Müştərilərinizin suallarını və problemlərini araşdırmaq üçün müştəri dəstək sistemi qurun. Onlayn çat, email kimi variantlar təqdim edin və müştərilərinizə daim dəstək verməyə çalışın.

Mobil Uyğunluq: Mobil cihazlardan gələn trafiki də nəzərə alaraq, saytınızın mobil uyğunluğunu təmin edin. Hər cihaz üçün uyğun (responsive) dizayn yaradın.

Marketinq və reklam: Saytınızı və məhsullarınızı tanıtmaq üçün rəqəmsal marketing strategiyaları, reklam kampaniyaları və SEO uyğun məzmun yaradın. Bütün bunlar markanızın saytını daha çox insanın tanıması və ziyarət etməsi üçün təşviş yarada bilər. SEO (Axtarış Motorunun Optimallaşdırılması) saytınızın axtarış motorlarında daha yüksək sıralanması və trafik cəlb etməsi üçün SEO strategiyasını tətbiq edin. Axtarış dostu URL-lər, meta etiketləri, məhsul səhifələri üçün optimallaşdırma kimi SEO prinsiplərini təkmilləşdirin. 

ERAsoft MMC 13 ildən artıqdır ki, müxtəlif tip veb-saytların hazırlanması ilə məşğuldur. Hazırladığımız E-ticarət saytları ilə tanış olmaq üçün portfolio klikləyə bilərsiniz.